full screen background image Aura Park || Haqqımızda
FASTFOOD
Ticarət mərkəzimizin 6-cı mərtəbəsində yerləşən FASTFOOD restoranları səhər saat 10:00-dan axşam saat 23:00 dək
fasiləsiz olaraq xidmətinizdədir!
Geniş və panaramalı eyvan
Nə üçün AURA PARK?
Ən keyfiyyətli brendlər!
Ən gözəl seçim imkanları!
Ən sərfəli qiymətər!
Ən cazibədar kampaniyalar!
Ən yüksək və mükəmməl xidmət!
Hələdə düşünürsünüz?
Düşünməyə ehtiyac yoxdur!
GƏLİN, BƏYƏNİN, ALIN!

 

 

 

 

    "Aura Park İcarə və İdarə Şirkəti" MMC-nin dünya standartlarına cavab verən "Aura Park Alış-Veriş və Əyləncə Mərkəzi" Gəncə şəhərinin əhalisinin sayına və tələbatına uyğun olaraq 2008-ci ildə inşasına başlanmış və 2013-cü ilin mart ayının 7-dən etibarən fəaliyyət göstərməkdədir. 9.000 kvadratmetrlik qapalı sahəsi, 4.500 kvadratmetrlik icarə sahəsi olan Aura Park -1 və idarəetmə ofisi daxil olmaqla 8 mərtəbədən ibarətdir. Binada mərtəbələrarası eskalatorlar, 2 ədəd mağazaları seyr etmək üçün panoramlı lift və 1 ədəd yük ıifti ilə Gəncənin ən geniş, ən böyük, ən üstün və bənzərsiz Alış-Veriş və Əyləncə Mərkəzidir. Yerli və ətraf rayonlarda yaşayan əhalinin asudə vaxtının səmərəli keçməsi məqsədilə inşa olunan "Aura Park" 300-ə yaxın əməkdaşı ilə ümumilikdə ayda 120 min müştərini qəbul etmək və 1 ildə 1 milyon müştəriyə xidmət göstərmək imkanı var.        

 

   "Aura Park" kafe və restoranları, əyləncə və alış-veriş mərkəzləri ilə həftənin 7 günü fasiləsiz olaraq müştərilərin xidmətindədir. Alış-Veriş və Əyləncə Mərkəzində Gəncə və ətraf bölgələrdə bu günədək rast gəlinməyən brendlər mövcuddur ki, bu da Gəncənin ticarət sektorunda üstün və fərqli xidməti ilə diqqət çəkən, bu sahəyə brendləri ilə yenilik gətirən ilklərdəndir.