full screen background image Aura Park || BAŞKENT
FASTFOOD
Ticarət mərkəzimizin 6-cı mərtəbəsində yerləşən FASTFOOD restoranları səhər saat 10:00-dan axşam saat 23:00 dək
fasiləsiz olaraq xidmətinizdədir!
Geniş və panaramalı eyvan
Nə üçün AURA PARK?
Ən keyfiyyətli brendlər!
Ən gözəl seçim imkanları!
Ən sərfəli qiymətər!
Ən cazibədar kampaniyalar!
Ən yüksək və mükəmməl xidmət!
Hələdə düşünürsünüz?
Düşünməyə ehtiyac yoxdur!
GƏLİN! BƏYƏNİN! ALIN!

 

 

 

 

HAQQIMIZDA

 

"Başkent Restoranı", Gəncədə yeni istifadəyə verilmiş “AuraPark” alış-veriş və Əyləncə Mərkəzinin 5-ci mərtəbəsində yerləşir. Başkent Restoranı öz müştərilərinə, ev yeməyi qədər təmiz, ləziz, təamlı və eyni zamanda halal yeməklərlə təqdim etməklə tanınmışdır.

 

Qeyd edək ki, Başkent Restoran və Şirniyyat Evi şəbəkəsi Bakı şəhərində fəaliyyətə başlamışdır və hal hazırda 5 satış mərkəzi ilə paytaxt sakinlərinin və şəhərə gələn qonaqların xidmətindədir. İstər Un Məmulatları mağazalarımızda istərsədə Restoranlarımızda siz çox təmiz və halal məhsullar əldə edib, istədiyiniz təamı sifariş verə bilərsiniz. Bir sözlə, ailənizin və sizin qida təhlükəsizliyinizə biz cavabdehik. Çünki Başkent Restoran və Şirniyyat Evi şəbəkəsi yalnız halal qidanın ünvanıdır.

 

Keyfiyyətin və halal məhsulların paytaxtı Başkent Restoranının digərlərindən fərqi:

 

- Yalnız bizdə – arzu etdiyiniz menyünü sizə özəl tərzdə təqdim edirik.

- Satışda olan bütün qidalar yüksək keyfiyyətli məhsullardan hazırlanır və sizlərə təqdim edilir.

- Restoranımızdakı personalımız gülərüz və disiplini ilə seçilir.

- Personalımız hər zaman müştərilərin haqlı mövqeyini müdafiə edir.

- Sifariş edilən yeməklər isti, içkilər isə soyuq şəkildə süfrənizə gətirilir.

- Qida məhsullarının saxlanıldığı yer gigiyenik və son dərəcə təmizdir.

- Başkent Restoranına daxil olduğunuz ilk andan gülərüz personalımız sizi qarşılayır və istirahətiniz üçün bütün imkanları səfərbər edir.

- Müştərilərimiz istənilən vaxt mətbəxə daxil olub məhsulların hazırlanma şəraiti ilə fərdi şəkildə tanış ola bilərlər.

- Restoranlarımızda hər zaman yeniliyə önəm verilir və müyyən dekorativ dəyişikliklərin edilməsi prosesi müntəzəm olaraq aparılır.

- Başkent Restoranında pulsuz Wi-Fi zonası müştərilərimizin ixtiyarına verilmişdi.

 

 

Əziz Başkent Restoranının qonaqları. Restoran rəhbərliyi sizin şikayətlərinizi, iradlarınızı, təkliflərinizi göndərməyiniz üçün yeni bir imkan yaradır. Bunun üçün www.bashkent.az saytından ƏLAQƏ bölməsinə daxil olub öz təkliflərinizi, iradlarınızı bizə göndərə bilərsiniz. Sizin şikayətiniz restoran rəhbərliyi tərəfindən ən kiçik detallarına qədər araşdırılacaq.

 

Məqsədimiz ağız dadınıza xitab etmək və sizin istirahətinizi ən yüksək səviyyədə təşkil etməkdir.

 

 

Əlaqə nömrələri: +994 22 255 82 42          Mobil: +994 55(77) 342 79 42

E mail: elaqe@funcenter.az

İnternet ünvan: www.bashkent.az