full screen background image Aura Park || 10 MAY
FASTFOOD
Ticarət mərkəzimizin 6-cı mərtəbəsində yerləşən FASTFOOD restoranları səhər saat 10:00-dan axşam saat 23:00 dək
fasiləsiz olaraq xidmətinizdədir!
Geniş və panaramalı eyvan
Nə üçün AURA PARK?
Ən keyfiyyətli brendlər!
Ən gözəl seçim imkanları!
Ən sərfəli qiymətər!
Ən cazibədar kampaniyalar!
Ən yüksək və mükəmməl xidmət!
Hələdə düşünürsünüz?
Düşünməyə ehtiyac yoxdur!
GƏLİN! BƏYƏNİN! ALIN!

 

 

 

10 May Gül Bayramı tədbiri

 

     10 May tarixində Ulu Öndər Heydər Əliyevin doğum günü və Gül Bayramı münasibəti ilə Yeni Azərbaycan Partiyası (YAP) Gəncə şəhər təşkilatı gənclər birliyinin və Gənclər üçün Təhsil Mərkəzinin Gəncə regional ofisinin təşəbbüsü ilə "Onun sevdiyi" adlı ədəbi-bədii gecə təşkil edilmişdir. Gəncə şəhər təşkilatı gənclər birliyinin rəhbəri Fərid Dünyamalıyev, Gənclər üçün Təhsil Mərkəzinin icraçı direktoru Fəxrəddin Həsənzadə, mərkəzin regional ofisinin rəhbəri Aygün Həsənzadə və "AURA PARK"Alış-Veriş və Əyləncə Mərkəzinin idarəetmə köməkçisi Orxan Mehdiyev çıxış edərək dünya miqyaslı siyasi xadim, ümummilli lider Heydər Əliyevin Azərbaycan gənclərinə göstərdiyi qayğıdan danışmışlar.Maraqlı konsert proqramı ilə davam edən tədbirdə Gəncə Musiqi Kollecinin istedadlı tələbələri, 1 nömrəli musiqi məktəbinin nümayəndələri, 3 nömrəli uşaq bağçasının "Mübarək" rəqs qrupu, "Menar" kurslarının istedadlı şagirdləri və digər istedadlı gənclər şeir və mahnılar səsləndirmişlər. Tədbirin sonunda qonaqlara Ulu Öndərin çox sevdiyi qızıl güllər hədiyyə olunmuşdur.