full screen background image Aura Park || 15 İyun
FASTFOOD
Ticarət mərkəzimizin 6-cı mərtəbəsində yerləşən FASTFOOD restoranları səhər saat 10:00-dan axşam saat 23:00 dək
fasiləsiz olaraq xidmətinizdədir!
Geniş və panaramalı eyvan
Nə üçün AURA PARK?
Ən keyfiyyətli brendlər!
Ən gözəl seçim imkanları!
Ən sərfəli qiymətər!
Ən cazibədar kampaniyalar!
Ən yüksək və mükəmməl xidmət!
Hələdə düşünürsünüz?
Düşünməyə ehtiyac yoxdur!
GƏLİN! BƏYƏNİN! ALIN!

 

 

15 İyun MİLLİ QURTULUŞ GÜNÜ

 

     1991-ci ilin oktyabrında Azərbaycan müstəqillik əldə etdi. Lakin Ermənistanın işğalçılıq niyyəti güdən təcavüzü respublikada vəziyyəti gərginləşdirirdi. Vətənin bu ağır dövründə Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin sədri olmuş (1969-1982), daha sonra Sovet İttifaqı Kommunist Partiyası Mərkəzi Komitəsi Siyasi Bürosunun üzvü, SSRİ Nazirlər Soveti sədrinin birinci müavini, 1991-1993-cü illərdə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Heydər Əliyev hakimiyyətə qayıtdı. 1993-cü il iyunun 15-də Heydər Əliyev Azərbaycan Respublikası Ali Sovetinin sədri seçildi. Beləliklə, 15 iyun Azərbaycanın tarixinə Milli Qurtuluş Günü kimi daxil oldu.

 

     Məhz bununla əlaqədar, 15 iyun 2013-cü il tarixində "AURA PARK" Alış-Veriş və Əyləncə Mərkəzində tədbir keçirilmişdir. Tədbirdə bir birindən gözəl musiqilər səsləndirildi, çıxışlar oldu.