full screen background image Aura Park || Xocalıya Ədalət
FASTFOOD
Ticarət mərkəzimizin 6-cı mərtəbəsində yerləşən FASTFOOD restoranları səhər saat 10:00-dan axşam saat 23:00 dək
fasiləsiz olaraq xidmətinizdədir!
Geniş və panaramalı eyvan
Nə üçün AURA PARK?
Ən keyfiyyətli brendlər!
Ən gözəl seçim imkanları!
Ən sərfəli qiymətər!
Ən cazibədar kampaniyalar!
Ən yüksək və mükəmməl xidmət!
Hələdə düşünürsünüz?
Düşünməyə ehtiyac yoxdur!
GƏLİN! BƏYƏNİN! ALIN!

 

 

26 FEVRAL - XOCALIYA ƏDALƏT

 

       26 fevral tarixində YAP Gəncə şəhər Təşkilatı Gənclər Birliyi “Xocalıya Ədalət” kampaniyası çərçivəsində “AURA Park” Alış-Veriş və Əyləncə Mərkəzində “Dünya liderlərinə Xocalı həqiqətlərinin çatdırılması “ adlı aksıya keçirib. Səhər saatlarından başlayan aksiyada gənclər Mərkəzə gələnlərə yaxınlaşıb, onları aksiyada iştirak etməyə çağırıblar. Aksiya iştirakçıları bu dəhşətli qətliamın insanlığa qarşı cinayət və soyqırım aktı kimi tanınması üçün həqiqətləri dünya ictimaiyyətinə çatdırmağa çalışıblar. Xocalı faciəsini törədənlərin cinayət məsuliyyətinə cəlb edilməsi haqqında çağırışlarını dünya liderlərinə, kütləvi informasiya vasitələrinə, bütün vicdanlı insanlara ünvanlanlayıblar.

      Aksiyanı keçirməkdə məqsəd “Xocalıya Ədalət” kampaniyasının genişləndirilməsinə dəstək vermək, dünyanın diqqətini bir daha Xocalı soyqırımına yönəltməklə,həmin gecə baş verənlərin təkcə Azərbaycan xalqına qarşı soyqırım deyil, bəşəriyyətə,insanlığa qarşı törədilmiş qanlı çinayət olduğunu nəzərə çatdırmaqdır. Xocalı həqiqətlərinin dünya liderlərinə çatdırılmasında iştirak etmək istəyənlər böyük həvəslə aksiyaya qoşulublar.Onlar dünya birliyinin belə bəşəri cinayətə hüquqi-siyasi qiymət verməməsinin tarixi haqsızlıq olduğunu xüsusi vurğulayıblar.

      Qeyd edək ki, “Xocalıya Ədalət” beynəlxalq məlumatlandırma kampaniyası 2009-cu ildə Heydər Əliyev Fondunun vitse-prezidenti,İslam Konfransı Gənclər Forumunun Mədəniyyətlərarası Dialoq üzrə Baş Koordinatoru Leyla Əliyevanın təşəbbüsü ilə başlayıb və hazırda 50-dən artıq ölkədə həyata keçirilməkdədir. Kampaniya nəticəsində dünyanın bir sıra Parlamentləri Xocalı qətliamını soyqırım aktı və insanlığa qarşı cinayət kimi tanıyıb.

 

 

Kütləvi İnformasiya Vasitələrində:

 

http://www.yenigence.com