full screen background image Aura Park || Gənclər Günü
FASTFOOD
Ticarət mərkəzimizin 6-cı mərtəbəsində yerləşən FASTFOOD restoranları səhər saat 10:00-dan axşam saat 23:00 dək
fasiləsiz olaraq xidmətinizdədir!
Geniş və panaramalı eyvan
Nə üçün AURA PARK?
Ən keyfiyyətli brendlər!
Ən gözəl seçim imkanları!
Ən sərfəli qiymətər!
Ən cazibədar kampaniyalar!
Ən yüksək və mükəmməl xidmət!
Hələdə düşünürsünüz?
Düşünməyə ehtiyac yoxdur!
GƏLİN! BƏYƏNİN! ALIN!

 

 

2 FEVRAL - GƏNCLƏR GÜNÜ

 

     Gəncə şəhərində 2 Fevral Gənclər günü münasibətilə “AURA PARK Alış-Veriş və Əyləncə Mərkəzi və Gənclər üçün Təhsil Mərkəzinin birgə təşəbbüsü ilə“Gəncliyin ritmini duy!” adlı mədəni proqram təşkil edilmişdir.Tədbirin açılışında AURA PARK Alış-Veriş və Əyləncə Mərkəzinin müdür müavini Zirəddin Hacıyev çıxış etdə, gənclərə öz tövhəsini verdi və onları təbrik etdi. Daha sonra Gəncə Regional Ofisinin rəhbəri Aygün Həsənzadə tədbiri açaraq, Gəncə gənclərini ürəkdən təbrik etdi və onların timsalında bütövlükdə Azərbaycan gəncliyinə təbriklərini ünvanladı. Bildirdi ki, Azərbaycanda gənclərin hərtərəfli inkişafı üçün bütün şərait dövlət tərəfindən yaradılıb və günü-gündən bu istiqamətdə yeni islahatlar həyata keçirilməkdədir. O həmçinin vurğuladı ki, Azərbaycan gəncliyinin inkişafı, istedadlı, bilikli gənc kadrların yetişdirilməsi üçün gənclərin həm ölkə daxilində, həm də xaricdə təhsilinə böyük önəm verilir. O, həmçinin bu günlərdə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən təsdiq edilən "2015-2025-ci illərdə Azərbaycan gənclərinin İnkişaf Strategiyası" ilə bağlı fikirlərini gənclərlə bölüşdü.

     Daha sonra Gəncə şəhər Gənclər və İdman Baş İdarəsinin nümayəndəsi Amil Qurbanov və digər rəsmi qonaqlar çıxış edərək, gənclərə xoş arzularını çatdırdılar. Tədbir gənc vokal ifaçıları, reperlər və rəqs qruplarının maraqlı ifaları ilə davam etdi. Gənclər tərəfindən əyləncəli oyunlar keçirildi.Oyunlarda qalib olan iştirakçılara qiymətli hədiyyələr təqdim edildi.