full screen background image Aura Park || 9 Noyabr
FASTFOOD
Ticarət mərkəzimizin 6-cı mərtəbəsində yerləşən FASTFOOD restoranları səhər saat 10:00-dan axşam saat 23:00 dək
fasiləsiz olaraq xidmətinizdədir!
Geniş və panaramalı eyvan
Nə üçün AURA PARK?
Ən keyfiyyətli brendlər!
Ən gözəl seçim imkanları!
Ən sərfəli qiymətər!
Ən cazibədar kampaniyalar!
Ən yüksək və mükəmməl xidmət!
Hələdə düşünürsünüz?
Düşünməyə ehtiyac yoxdur!
GƏLİN! BƏYƏNİN! ALIN!

 

 

9 Noyabr - Bayraq günü

 

     Azərbaycan Respublikasının dövlət bayrağı ölçülərinə görə bərabər 3 horizontal zolaqdan ibarətdir. Üstdəki zolaq mavi, ortadakı zolaq qırmızı, altdakı zolaq isə yaşıl rəngdədir. Mavi rəng Azərbaycan xalqının türkmənşəli olması, qırmızı rəng cəmiyyətin müasirləşməsi, yaşıl rəng isə İslam sivilizasiyasına məsubiyyət mənasını verir. Qırmızı rəngin ortasında, bayrağın hər iki tərəfində olmaqla, ağ rəngli aypara və səkkiz guşəli ulduz təsvir edilmişdir. Qeyd edək ki, bu bayraq 1918-ci il 9 noyabr tarixində, Azərbaycan Demokratik Respublikasının (1918-1920) dövründə yaradılmış və Sovet Sosialist Resublikaları İttifaqının (SSRİ) dağılmasından sonra, 1991-ci ildə müstəqil Azərbaycan Respublikasının rəsmi atributu elan edilmişdir. Azərbaycan Respublikasının 1995-ci il 12 noyabrda qəbul edilmiş konstitusiyasına görə, Azərbaycanın dövlət bayrağı, gerbi və himni milli atributlar hesab edilir. Azərbaycan Respublikasının prezidenti İlham Əliyevin 18 noyabr 2009-cu il tarixli fərmanından sonra, 9 noyabr tarixi “Milli bayraq günü” kimi dövlət səviyyəsində qeyd olunur və bu gün iş günü sayılmır.

     Azərbaycanda ən böyük gənclər ordusunu öz ətrafında biləşdirən Yeni Azərbaycan Partiyasının Gənclər Birliyi, o cümlədər şəhər və rayon təşkilatları mütəmadi olaraq müxtəlif tədbirlər həyata keçirir. “Bu tədbirlər əsasən gənc nəslin milli-vətənpərvərlik ruhda tərbiyə olunması və onların öz tariximizə, mədəniyyətimizə daha dərindən bələd olması məqsədi daşıyır. Növbəti belə bir tədbir ölkəmizdə təntənəli şəkildə qeyd edilən 9 Noyabr -Dövlət Bayrağı Gününə həsr edilib”.Məhz bu tarixi gün münasibətilə Gəncə şəhərində təntənəli tədbirlər keçirlmişdir.Yeni Azərbaycan Partiyası Gəncə şəhər Təşkilatı Gənclər Birliyinin könüllüləri tərəfindən təsis edilmiş “Yeni Gəncə” flashmob komandası AURA PARK alış veriş və əyləncə mərkəzində flashmob həyata keçirmişdir.Qeyd edək ki , bundan sonra da gənclər məhz əlamətdar günlər və aktual məsələlərin hər kəsin diqqətinə çatdırmaq məqsədilə bu tip tədbirlərə yer verəcəklər.