full screen background image Aura Park || GƏNCƏ MARAFON 2017
FASTFOOD
Ticarət mərkəzimizin 6-cı mərtəbəsində yerləşən FASTFOOD restoranları səhər saat 10:00-dan axşam saat 23:00 dək
fasiləsiz olaraq xidmətinizdədir!
Geniş və panaramalı eyvan
Nə üçün AURA PARK?
Ən keyfiyyətli brendlər!
Ən gözəl seçim imkanları!
Ən sərfəli qiymətər!
Ən cazibədar kampaniyalar!
Ən yüksək və mükəmməl xidmət!
Hələdə düşünürsünüz?
Düşünməyə ehtiyac yoxdur!
GƏLİN! BƏYƏNİN! ALIN!

 

 

 

Heydər Əliyev Fondunun təşəbbüsü ilə “Gəncə Marafonu - 2017” keçirilib

 

    Gəncə şəhərində Heydər Əliyev Fondunun təşəbbüsü ilə “Gəncə Marafonu - 2017” keçirilib. Marafonda 11 000 nəfərdən çox şəxs iştirak edib. Yarış paytaxt Bakı, respublikanın ayr-ayrı bölgələri, eləcə də müxtəlif ölkələri əhatə edib. Tədbir “İradənlə tarix yaz”, “Marafonda bizimlə ol” şüarı altında keçirilib. İştirakçılar arasında hökumət nümayəndələri, millət vəkilləri, mədəniyyət xadimləri olub. Marafonda Rusiya, Türkiyə, Ukrayna, Gürcüstan, İtaliya, İran və digər ölkələrin vətəndaşları da yarışıb. Azərbaycan Respublikasının Birinci vitse-prezidentinin köməkçisi Anar Ələkbərov iştirakçıları salamlayaraq bildirib ki, Heydər Əliyev Fondunun təşkilatçlığı ilə Azərbaycanda artıq 3-cü marafondur keçirilir. İnsanların bu marafonlara qoşulması, iştirakçı sayının getdikcə artması Azərbaycanda idman tədbirlərinə böyük maraq olduğunu göstərdiyini deyən Anar Ələkbərov hər kəsi Fondun bütün layihələrində iştirak etməyə çağırıb. Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyev marafon iştirakçılarını salamlayaraq hamını, xüsusilə gəncləri idman tədbirlərində fəal olmağa səsləyib. Daha sonra marafona start verilib. İştirakçılar “Zəfər Tağı”ndan Nizami Gəncəvi prospekti, Heydər Əliyev prospekti, Cavad xan küçəsi, “Gəncəçay” bulvarı, Şah İsmayıl Xətai prospekti ilə hərəkət edərək Heydər Əliyev park kompleksinə qədər məsafəni qət ediblər. Marafonun uzunluğu ümumilikdə 17 kilometr olub.