full screen background image Aura Park || İKT bacarıqının artırılması
FASTFOOD
Ticarət mərkəzimizin 6-cı mərtəbəsində yerləşən FASTFOOD restoranları səhər saat 10:00-dan axşam saat 23:00 dək
fasiləsiz olaraq xidmətinizdədir!
Geniş və panaramalı eyvan
Nə üçün AURA PARK?
Ən keyfiyyətli brendlər!
Ən gözəl seçim imkanları!
Ən sərfəli qiymətər!
Ən cazibədar kampaniyalar!
Ən yüksək və mükəmməl xidmət!
Hələdə düşünürsünüz?
Düşünməyə ehtiyac yoxdur!
GƏLİN! BƏYƏNİN! ALIN!

 

 

Gənclərin İKT bacarıqlarının artırılması.

 

     YAP Gəncə şəhər Təşkilatı Gənclər Birliyi “Gənclərin İKT bacarıqlarının artırılması” keçirilmişdir. “Sky Technology”, “Bakcell” və “AURA PARK Alış-veriş və Əyləncə Mərkəzi”- nin tərəfdaşlığı ilə keçirilən təlimi giriş sözü ilə YAP Gəncə şəhəri Gənclər Birliyinin sədri Fərid Dünyamalıyev açdı. O çıxışında Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 2013-cü ili “İnformasiya-kommunikasiyatexnologiyaları” ili elan etməsindən, telekommunikasiya peykimizin orbitə çıxarılmasından, İKT-nin gənclərin fərdi inkişafındakı faydalarından danışdı: “İKT sahəsində Azərbaycan, doğrudan da, son illər ərzində böyük uğurlar əldə edib. Bu, həm biznes, həm zəka, həm intellekt sahəsidir. Eyni zamanda, innovasiya və şəffaflığa təkan verən, xidmət göstərən bir sahədir. Biz gənclər bu imkanlardan geniş istifadə etməliyik. Bu təlimi təşkil etməkdə məqsəd Gəncə gənclərini bu sahədə daha da maarifləndirmək, istifadəçisi olduğumuz sosial şəbəkələrdən düzgün faydalanmasını təmin etməkdir.” Sonra “Bakcel”-in Gəncə nümayəndəsi Rəşaiq Əliyev və “AURA PARK Alış-veriş və Əyləncə Mərkəzi” idarə heyətinin nümayəndəsi Orxan Mehdiyev çıxış edərək, təlimdə iştirak edən hər bir gəncə uğurlar arzuladılar. Təlimin birinci günü “Sky Technology”-nın rəhbəri, təlimçi Tural Sadıqlı tərəfindən gənclər sosial şəbəkələr və saytlara müraciətlə bağlı maarifləndirildi.

     Lahiyədə iştirak edən gənclər sertifikat və tərəfdaşlar tərəfindən hədiyyələrlə təltif edildilər.Təlim kursu çərçivəsində aktiv olan müəyyən kriteriyalara görə fərqlənən 1-ci , 2-ci, 3-cü yerlərə laiq görülən gənclər YAP Gəncə şəhər Təşkilatı Gənclər Birliyi , Bakcell şirkəti və AURA PARK alış-veriş və Əyləncə mərkəzi tərəfindən qiymətli hədiyyələrlə mükafatlandırıldılar.