full screen background image Aura Park || XEYRİYYƏ SƏRGİSİ
FASTFOOD
Ticarət mərkəzimizin 6-cı mərtəbəsində yerləşən FASTFOOD restoranları səhər saat 10:00-dan axşam saat 23:00 dək
fasiləsiz olaraq xidmətinizdədir!
Geniş və panaramalı eyvan
Nə üçün AURA PARK?
Ən keyfiyyətli brendlər!
Ən gözəl seçim imkanları!
Ən sərfəli qiymətər!
Ən cazibədar kampaniyalar!
Ən yüksək və mükəmməl xidmət!
Hələdə düşünürsünüz?
Düşünməyə ehtiyac yoxdur!
GƏLİN! BƏYƏNİN! ALIN!

 

 

 

"Sərhədsiz istedad" əlil gənclərin əl işlərinin xeyriyyə sərgisi

 

     25 Sentyabr Qurban Bayramı münasibəti ilə Gənclər üçün Təhsil Mərkəzinin Gəncə regional ofisinin və AURA PARK Alış-Veriş və Əyləncə Mərkəz birgə təşəbbüsü və təşkilatçılığı ilə "Sərhədsiz İstedad" adlı əlilliyi olan gənclərin əl işlərinin xeyriyyə satış-sərgisi keçirilmişdir.

     tXeyriyyə sərgisində əlilliyi olan gənclərin əl işlərinin sərgi satışı təşkil olunmuşdur. Saat 20:00-dək davam edən xeyriyyə sərgisində Gəncə şəhəri, Samux və Goranboy rayonlarından 15 nəfər əlilliyi olan gənc iştirak etmişdir.

     Tədbirin keçirilməsində məqsəd əlilliyi olan gənclərin cəmiyyətdə bərabər hüquq və imkanlara malik olduğunu bir daha nümayiş etdirmək, bu insanların əsərlərinin satış-sərgisini təşkil edərək onlara maddi dəstək olmaqdır.

     Tədbirin açılışında Gənclər üçün Təhsil Mərkəzi Gəncə Regional Ofisinin rəhbəri Aygün Həsənzadə çıxış edərək, əvvəlcə Qurban bayramı münasbətilə hər kəsi təbrik etdi, son illərdə əlilliyi olan insanlara cəmiyyətdə baxışın dəyişməsində QHT -lərin rolundan, belə tipdə tədbirlərin keçirilməsinin bu insanların həyatında müsbət dəyişikliklərə yol açdığından və bu qəbildən olan gənclərlə həyata keçirdikləri və keçirəcəkləri fəaliyyətlərdən danışaraq, əlilliyi olan insanlara dəstək üçün toplaşan insanlara və təşkilat üzvlərinə öz təşəkkürünü bildirdi.

     Tədbirdə əlilliyi olan gənclərə dəstək olmaq üçün Gənclər üçün Təhsil Mərkəzi Gəncə Regional Ofisinin istedadlı gənc üzvü Emil Salmanovun rəhbərlik etdiyi musiqi qrupu öz rəngarəng ifalarıni nümayiş etdirdilər.Sərgidən əldə olunan maddi vəsait sərgi iştirakçılarının rifah halının yaxşılaşdırılmasına və onların daha da gözəl əl işləri və əsərlər yaratmasına yönlədirilmışdir.