full screen background image Aura Park || Yeni il şənliyi
FASTFOOD
Ticarət mərkəzimizin 6-cı mərtəbəsində yerləşən FASTFOOD restoranları səhər saat 10:00-dan axşam saat 23:00 dək
fasiləsiz olaraq xidmətinizdədir!
Geniş və panaramalı eyvan
Nə üçün AURA PARK?
Ən keyfiyyətli brendlər!
Ən gözəl seçim imkanları!
Ən sərfəli qiymətər!
Ən cazibədar kampaniyalar!
Ən yüksək və mükəmməl xidmət!
Hələdə düşünürsünüz?
Düşünməyə ehtiyac yoxdur!
GƏLİN! BƏYƏNİN! ALIN!

 

 

 

31 Dekabr Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni İl şənliyi


 

    Yeni il və Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü münasibəti ilə konsert proqramı keçirilmişdir. Gəncə Dövlət Universiteti Tələbə Gənclər Təşkilatının təşəbbüsü Gəncə şəhərində yerləşən AURA PARK Alış-Veriş və Əyləncə mərkəzində “ 31 Dekabr Dünya Azərbaycanlılarının Həmrəylik günü” və Yeni il ilə əlaqədar olaraq tələbələrin konsert proqramı həyata keçirildi. Konsert proqramı Tarix-coğrafiya fakültəsinin III kurs tələbəsi Vasi Paşayev “Azərbaycan” mahnısı ilə başladı. Daha sonra çıxış edən Tarix-coğrafiya fakültəsinin tələbələri Həsənova Danulduz , Aydın Hüseynov və Verdiyeva Minayə , Tural Cəfərov və Abdullayeva Nəzrinin birgə ifa elədikləri mahnılar həm tələbələr həm də Aura Parkda olan sakinlər tərəfindən böyük maraqla qarşılandı. Tədbirə dəvət olunmuş “ Zirvə” rəqs qrupunun kiçik üzvlərinin gözəl rəqs səhnələri konsert proqramına daha da rəng qatdı. Konsert proqramında “ Diablo” qrupunun ifa elədikləri mahnılar, Məmmədli Əlinin gitarda ifası böyük rəğbətlə qarşılandı. Tarix-coğrafiya fakültəsinin tələbələri Cəfərov Orxan və Əhmədov Elgün , həmçinin Pedaqoji fakültənin tələbələri Mirabbas Talıbov və Hüseynova Xatirənin birgə rəqsləri alqışlarla qarşılandı. Tarix-coğrafiya fakültəsinin tələbələri Vasif Paşayev və Zülfiqarlı Leylanın birgə ifa elədikləri xarici mahnı böyük maraqla qarşılandı. Tədbirdə şeir parçaları ilə çıxış edən Filologiya fakültəsinin III kurs tələbəsi Ələkbərova Çinarə və Tarix-coğrafiya fakültəsinin III kurs tələbəsi Nilufər Əhmədovanın çıxışları alqışlarla qarşılandı. Pedaqoji fakültənin tələbəsi İsgəndərov Fərid və Tarix-coğrafiya fakültəsinin tələbəsi Əliyeva Səkinənin, həmçinin Tarix-coğrafiya fakültəsinin I kurs tələbəsi Ağayev Fizuli və Tural Cəfərovun birgə ifa elədikləri mahnı izləyicilər tərəfindən bəyənildi. Tədbirə qonaq qismində dəvət edilən Malik Əkbər və Ayazın ifaları tədbirə rəng qatdı. Yekunda tədbirin əməyə gəlməsində əməyi olan tələbələr birgə şəkildə Tələbə mahnısını ifa edərək tədbiri uğurla yekunlaşdırdılar.